Polşa səfirliyi və konsulluqlarının 45 əməkdaşı Rusiyada arzuolunmaz şəxs elan edilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bu qərar Polşanın analoji addımına cavab olaraq qəbul edilib.
Həmin şəxslərin aprelin 13-dək Rusiyanı tərk etməsi tapşırılıb.
Qeyd edək ki, bu il martın 23-də Polşa 45 rusiyalı diplomatın ölkədən çıxarılmasını elan etmişdi.
Bizim.Media