Alimlər uzaqdan idarə oluna bilən qəribə görünüşlü “maqnit robot slaym” istehsal etməyə nail olublar.
Bizim.Media xəbər verir ki, robot Honq-Konq Çin Universitetinin tədqiqatçıları tərəfindən hazırlanıb.
İnsan bədəninə daxil ola bilən cisim həzm sistemindəki dar keçidlərdən keçə və təsadüfən udulmuş əşyaları toplaya bilər.
Robotun ətrafını əhatə edən silikon birləşmə, slaymın insan orqanizminə heç bir zəhərli təsir göstərməməsini təmin edib.
Bizim.Media