İki "Oscar" laureatlı iranlı rejissor Əsgər Fərhadi plagiatda təqsirli bilinib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
İran məhkəməsi rejissorun “Qəhrəman” adlı filminin ideyasını tələbələrindən birindən götürdüyünə qərar verib.
Belə ki, o, layihənin süjetini orijinal ideya müəllifi olan Azadə Məzizadənin “Bütün qaliblər, bütün uduzanlar” qısametrajlı filmindən götürüb.
Əsgər Fərhadiyə veriləcək cəza hələ ki müəyyən edilməyib. Lakin ilkin olaraq filmin kinoteatrlarda və ya onlayn nümayişindən əldə edilən bütün gəlirlərinin əsl müəllifə verilməsi nəzərdə tutulur.
Bizim.Media