Türkiyə səfirliyi Ukraynanın paytaxtında fəaliyyətini bərpa edəcək.
Bizim.Media xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Çernivtsiyə təxliyədən bir ay sonra Kiyevdəki səfirliyinin işini bərpa edib.
"Fəaliyyətimizi müvəqqəti olaraq logistik mərkəzimizə çevrilən Çernivtsi şəhərinə köçürdük. Və bu gün biz öz evimizə, Kiyevə qayıtdıq.
Sabahdan Panas Mirnı küçəsi, 22 ünvanında yerləşən binamızda işimizə, o cümlədən konsulluq xidmətlərimizi göstərməyə davam edəcəyik", - deyə səfirliyin "Facebook" səhifəsində bildirilib.
Türkiyə Kiyevi tərk edən sonuncu səfirlik olub.
Bizim.Media