Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayənədsi Cozep Borrell Kiyevə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidentinin mətbuat katibi Erik Mamer məlumat yayıb.
“Bu həftə baş tutacaq səfər çərçivəsində Aİ rəsmiləri Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək. Onlar aprelin 9-da isə Varşavada keçiriləcək Ukraynaya dəstək tədbirində iştirak edəcək” – deyə məlumatda qeyd edilib.
Bizim.Media