“Ukrayna ilə Rusiya arasında danışıqlar Qüdsdə təşkil oluna bilər”.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
“İsrailin baş naziri Naftali Bennet Rusiya ilə Ukrayna arasında danışıqların təşkilində vasitəçi olmağa çalışır.
Biz bu səylərə görə minnətdarıq. Rusiya prezidenti Vladimir Putinlə tez və ya gec dialoq üçün bir araya gələcəyik. Bəlkə də Qüds sülh tapmaq üçün doğru yerdir" – deyə Zelenski qeyd edib.
Bizim.Media