Avropa İttifaqı (Aİ) Ukraynaya hücumla əlaqədar Rusiyaya qarşı beşinci sanksiyalar paketi üzərində işləyir.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” Aİ-dəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
“Biz beşinci sanksiyalar paketi üzərində işləyirik, bir çox yeni adlar təklif olunur”, - deyə məlumatda qeyd edilib.
Bildirilib ki, Baltikyanı ölkələr, o cümlədən Litva Moskvaya qarşı neft embarqosunda israrlıdır.
Məlumat üçün bildirək ki, bu gün Brüsseldə Aİ ölkələrinin xarici işlər və müdafiə nazirlərinin görüşü keçiriləcək. Ukraynadakı vəziyyət müzakirə olunacaq.
Bizim.Media