Kiyevə növbəti dəfə irəliləmək cəhdi zamanı rus qoşunları 6-cı tank alayının birləşmiş dəstəsini itiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının saat 18:00-a olan xülasəsində deyilir.
Həmçinin bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin fəal hərəkətləri nəticəsində Brovarı vilayətində bəzi istiqamətlərdə düşmən bölmələri yanacaq və ərzaq təchizatından kəsilib.
Baş Qərargah Rusiya qoşunlarının hücum potensialını itirdiyini, demək olar ki, bütün istiqamətlərdə onların irəliləyişinin dayandırıldığını qeyd edib.
Düşmən itki verir, birlik və bölmələrin şəxsi heyətinin toplanmasında, maddi-texniki təchizatında ciddi problemlər yaşayır.
Bizim.Media