Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna müdafiəsinin ön xətti “rus əsgərlərinin cəsədləri ilə doludur”.
Bizim.Media xəbər verir ki, o, bu barədə videomüraciəti zamanı bildirib.
“Xüsusilə şiddətli döyüşlərin olduğu yerlər, müdafiəmizin ön xətti sadəcə rus əsgərlərinin cəsədləri ilə doludur. Və bu meyitləri, bu cəsədləri heç kim götürmür. Bu ərazilərə ruslar yeni birliklər, ehtiyat qüvvələr toplayır.
Biz başa düşürük ki, Rusiyanın çoxlu insan resursu və kifayət qədər texnikası, raketləri, hava bombaları var... Amma mən Rusiya vətəndaşlarından soruşmaq istəyirəm: bu illər ərzində onlar sizə nə ediblər ki, öz itkilərinizi görmürsünüz?”, deyə Ukrayna lideri bildirib.
Bizim.Media