Braziliyalı aktrisa Cessika Mey Türkiyə vətəndaşlığı alıb.
Bizim.Media “gazetemagazin”ə istinadən xəbər verir ki, o, bu xəbəri sosial şəbəkə hesabında açıqlayıb.
“Mən də rəsmi olaraq Türkiyə vətəndaşı oldum” – deyə Mey yazıb.
Qeyd edək ki, Türkiyədə model kimi fəaliyyətə başlayan Cessika Mey sonradan aktrisalığa başlayıb. “Yeni gəlin” serialı ilə məşhurlaşıb. Cessika 2018-ci ildə fotoqraf Hüseyn Kara ilə evlənib.




Bizim.Media