"Almaniyanın müdafiə naziri Lambrext açıq şəkildə deyib ki, NATO münaqişəyə müdaxilə etməyəcək və Ukraynada səmanı bağlamayacaq”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak "Twitter"də paylaşıb.
“Aİ siyasətçilərinin hər bir belə bəyanatı Rusiyanı Ukraynada qırğını davam etdirməyə təşviq edir. Əgər müharibəni tanımırsınızsa və Putindən qorxursunuzsa, heç olmasa təxribat xarakterli bəyanatlar verməyin", - deyə Podolyak qeyd edib.
Bizim.Media
