Oslo şəhərində aparılan danışıqlar zamanı ABŞ prezidentinin kürəkəni Cared Kuşner Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiya neft emalı zavodlarına qarşı zərbələri dayandırmağı bir daha tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Axios" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Kuşner görüşə məsafədən qoşulub və Trampın Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələrini dayandırması ilə bağlı tələbini bir daha dilə gətirib. Söhbət zamanı Cared olduqca açıq və sərt danışıb.
Oslo danışıqlarından sonra Zelenski bildirib ki, əgər Kreml qarşılıqlı addımlar atarsa, Ukrayna Rusiya neft emalı zavodlarına zərbələri dayandırmağa hazır ola bilər.
Nəşr həmçinin qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın komandası ümid edir ki, Kreml Ukrayna ilə bağlı danışıqlarda güzəştə gedəcək.
Belə ki, Ağ Ev artıq bəzi sanksiyaları ləğv edib və Rusiyadan dizel yanacağının tədarükünə icazə verib.
Mənbənin sözlərinə görə, tərəflər Oslo danışıqları zamanı "əhəmiyyətli irəliləyiş" əldə ediblər.
Bizim.Media