Türkiyənin "Beşiktaş" futbol klubunun növbədənkənar seçki qurultayında hazırkı prezident Serdal Adalı 3 815 etibarlı səs toplayaraq yenidən bu vəzifəyə seçilib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Sinan Erdem İdman Salonunda keçirilən qurultayda prezidentliyə yalnız Serdal Adalı namizəd olub.
Ümumilikdə 3 910 səsin verildiyi seçkidə Adalı 3 815 səs toplayıb. Bülletenlərdən 37-si etibarsız sayılıb, 58 səs isə boş olub.
Serdal Adalı və yeni idarə heyəti 2028-ci ilin may ayınadək vəzifədə olacaq.
Bizim.Media