Rusiya Silahlı Qüvvələrinin Kiyevin Şevçenko rayonuna endirdiyi zərbələr nəticəsində Ukrayna Milli Elmlər Akademiyasının (MEA) binasında güclü yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Şevçenko Rayon Dövlət Administrasiyası məlumat yayıb.
Zərbələrdən sonra binanı alov və kəskin tüstü bürüyüb. Xilas olmaq istəyən mülki şəxslərin binanın pəncərələrindən çölə çıxmağa çalışıblar.
Hadisə zamanı həlak olanlar və yaralananların olduğu bildirilir.
Bizim.Media