Son həftələrdə Argentinanın cənubundakı çimərliklərə yüzlərlə tələf olmuş balina balaları çıxıb. Ölüm hallarının xüsusilə çox hissəsi hələ iyun ayından etibarən ilk halların qeydə alınmağa başladığı Çubut vilayətində qeydə alınıb.
Bizim.Media “Bild” nəşrinə istinadla xəbər verir ki, alimlər ölümə səbəb kimi dəridə ciddi bakterial infeksiya yaradan, ağrı və yüksək qızdırma ilə müşayiət olunan "qızıl yel" (erysipelas) xəstəliyini ehtimal edirlər.
Dəniz bioloqu Mariano Koskarellanın sözlərinə görə, söhbət böyük ehtimalla təbii ölüm səbəbindən gedir, hərçənd insan fəaliyyətinin təsirini də hələlik tamamilə istisna etmək olmaz.
Puerto-Madrin şəhəri və onun yaxınlığındakı Valdes yarımadası balinaların ən mühüm çoxalma və qidalanma zonası hesab olunur.
Ötən il burada rekord sayda — 800-ü balası olmaqla 2110 balina ölüsü aşkarlanıb. Bu il isə demək olar ki, 400-ü bala olmaqla cəmi 1375 heyvan qeydə alınıb. Bununla belə, tədqiqatçılar indiki kütləvi ölümü bütün populyasiya üçün hələlik təhlükə hesab etmirlər
Bizim.Media