“Microsoft”un qurucusu Bill Qeyts süni intellekt texnologiyalarından bədniyyətli insanların istifadə etməsinin son dərəcə ağır nəticələrə səbəb ola biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Qeyts NBC telekanalına müsahibəsində süni intellektin potensial risklərindən danışıb.
“Süni intellekt, şübhəsiz ki, bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələri törətmək üçün kifayət qədər gücə malikdir”, – o bildirib.
Qeyts bunu süni intellekt texnologiyalarının “pis niyyətli” insanların əlinə keçməsi ehtimalı ilə əlaqələndirib.
Amerikalı milyarder, "SpaceX" və "xAI" şirkətlərinin sahibi İlon Mask, eləcə də "OpenAI" şirkətinin rəhbəri Sem Altman artıq bu ideya ilə razılaşdıqlarını bildiriblər.
Bizim.Media