Cənubi Koreya Prezidenti Li Ce Myon Şimali Koreyadan olan iki əsirin Seula təhvil verilməsi barədə açıqlama verən Ukrayna Prezidenti Volodimir Zelenskini kəskin tənqid edib.
Bizim.Media xəbər verir ki, Li Ce Myon “X” hesabında bu barədə paylaşım edib.
"Öz kiçik maraqları naminə başqasının həyatına, milli maraqlara və təhlükəsizliyə zərər vuran şəxsi qatil və ya xain adlandırırlar.
Məfiliyin qorunması haqqında razılaşmanı pozaraq məlumatları açıqlayan Ukrayna tərəfinin hansı səbəblərdən belə addım atdığını bilmirəm, lakin bu, böyük təəssüf doğurur", — deyə Li Ce Myon "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Bizim.Media