Bu səhər, sentyabrın 24-də Rusiya ordusu Xarkov vilayətinin Çuquyev rayonunun Staraya Qnilitsa kəndindəki fermaya zərbə endirib.
Bizim.Media xəbər verir ki, Xarkov vilayət polisinin məlumatına görə, hücum nəticəsində yeddi nəfər həlak olub, on iki nəfər isə yaralanıb.
Ferma binasına ziyan dəyib.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, bütün yaralılara tibbi yardım göstərilir.

Bizim.Media