Almaniya hökuməti ölkədən bir neçə rusiyalı diplomatın çıxarılması, eləcə də Rusiyanın Bonn şəhərində fəaliyyət göstərən sonuncu baş konsulluğunun bağlanması imkanlarını nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.
Bildirilir ki, bu cür müzakirələrə səbəb Leypsiq hava limanında baş vermiş dron insidenti olub. Almaniya hökumətinin planlarına, həmçinin Berlindəki Rus Evinin bağlanması da daxildir.
Gözlənilir ki, Almaniyanın daxili işlər və xarici işlər nazirləri Aleksandr Dobrindt və Yohann Vadeful mətbuat qarşısında çıxış edərək Leypsiqdəki insidentin istintaqının nəticələri və hökumətin atacağı mümkün addımlar barədə məlumat verəcəklər.
Bizim.Media