Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Liderlərin söhbəti "Ala-Arça" dövlət iqamətgahının Ağsaqqallar zalında baş tutur.
Rusiya tərəfindən danışıqlarda XİN rəhbəri Sergey Lavrov, Baş nazirin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov, Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və Hökumət aparatının digər üzvləri iştirak edirlər.
LIVE: Turkish President Recep Tayyip Erdogan speaks during meeting with Russian President Vladimir Putin on sidelines of SCO Summit in Kyrgyz capital Bishkek//t.co/jQDnlLVmVf
— TRT World Now (@TRTWorldNow) September 1, 2026
Bizim.Media