Uşağın güvəni necə qırılır? – Psixoloqlardan şiddət görüntülərinə REAKSİYA

Sosial şəbəkələrdə psixoloqun azyaşlıya şiddət göstərdiyi ilə bağlı görüntülər yayılıb. Belə ki, videoda suallarına cavab vermək istəməyən uşağı vuran şəxsin psixoloq Ceyran Muradova olduğu iddia edilir. Görüntülər qısa zamanda geniş müzakirələrə səbəb olub.

Aktrisa Oksana Rəsulova və digər şəxslər videonu paylaşaraq hadisə ilə bağlı tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər. Xüsusilə övladını psixoloqa aparan valideynlər arasında görüntülər ciddi narahatlıq yaradıb.

Lakin məsələyə münasibət birmənalı olmayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi videodakı davranışı “öyrətmə metodu”nun bir hissəsi kimi qiymətləndirərək fiziki müdaxiləyə haqq qazandırmağa çalışıb.

Videodakı şəxsin Ceyran Muradova olub-olmaması və görüntülərdə əks olunan davranışla bağlı mövqeyini öyrənmək üçün adıçəkilən psixoloqla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.
 

Bizim.Media məsələ ilə bağlı digər psixoloqların fikirlərini öyrənib.

“Sözügedən videonu izlədim, ürək ağrıdan bir görüntüdür”

Klinik (tibbi) psixoloq Narınc Rüstəmova bildirir ki, uşaqlara qarşı aqressiv davranış hər bir halda yolverilməzdir:


“Şiddət insan psixologiyası üçün ən zərərli davranışlardan biridir və  uşaqların balaca yaşlardan bu halla üzləşməsi, hər hansı şiddətə məruz qalması onun psixologiyasında bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Ələxüsus isə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən mütəxəssislər tərəfindən belə halların yaşandığını görmək təəssüf hissi doğurur.

Peşəkar mütəxəssisin ilk vəzifəsi uşaqlarla işləyərkən əvvəlcə onların fiziki və psixoloji təhlükəsizliyi təmin etməkdir. Həm də, psixoloqun seans zamanı təmkini qoruması, səbirli yanaşması da xüsusi əhəmiyyətə malikdir”.

Peşəkar uşaq psixoloqu terapiya zamanı uşağın yaşını, fərdi xüsusiyyətini, emosional vəziyyətini və s. nəzərə almalı və bunları edərəkən peşəkar psixoloji metodlardan istifadə etməlidir.

N.Rüstəmova vurğulayır ki, heç bir psixoloji metod uşağı qorxutmağı və ya fiziki cəza tətbiq etməyi nəzərdə tutmur. Belə yanaşma qeyri-professional yanaşmadır. Onun fikrincə, bu həm də, uşağın güvən bağının qırılması və psixoloqa olan inamının zədələnməsinə gətirib çıxara və onun yaddaşında travmatik bir hadisə kimi qala bilər.

“Bəli, uşaq aqressiv davrana bilər, psixoloqun verdiyi komandaları yerinə yetirərkən problemlər yarada, seans otağında əşyaları ata və idarə olunması çətin vəziyyət yarada bilər. Belə hal baş versə də, mütəxəssis peşəkar yanaşmağı bilməli və öz emosiyalarını idarə etməyi bacarmalıdır.

Yəni, uşağın davranışından asılı olmayaraq, psixoloqun əsas məsuliyyəti təmkinli yanaşma ilə bərabər təhlükəsiz və peşəkar mühitin qorunmasıdır. Azərbaycan Respublikasının “Psixoloji yardım haqqında” Qanununda peşə etikası, müraciət edən şəxsin hüquq və ləyaqətinə hörmət edilməsi, psixoloji yardım haqqında əməl olunması qeyd olunmuş müəyyən  standartlar var. Psixoloqun qeyd olunan bəndləri bilməsi və əməl etməsi xüsusi əhəmiyyət kəsb edir.

Ona görə də, övladı üçün müraciət edən valideynlər və ya psixoloji dəstək almaq üçün müraciət edən digər yaş kateqoriyasına aid insanlar seçim zamanı psixoloqun ali təhsil diplomu ilə yanaşı, onun ixtisaslaşması, praktiki hazırlığı və etik prinsiplərə əməl etməsi kimi məsələləri də diqqətə almalıdırlar”, - psixoloq qeyd edir.

Bu cür davranışlar uşaqların həyatını alt-üst edə bilər

Psixoloq Vüsalə Əmiraslanova bildirir ki, son vaxtlar psixologiya elminə mənfi maraqlar müşahidə olunur:


“İxtisası psixoloq olmayan insanlar belə psixologiyanı öyrənib bu sahə üzrə işləmək istəyirlər. Sadəcə, bu bir ruh məsələsidir və hər bir insan bu işi vicdanla yerinə yetirə bilmir. Bəzən də insanlar yanlış dərslər alırlar və aldıqları dərslərə əsasən düşünürlər ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar şiddət olmadan danışmaz və öyrənməz.

Təəssüf ki, bütün uşaqlarda olduğu kimi, xüsusi qayğıya ehtiyacı olan uşaqlarda da peşəkar davranış sevgi ilə olmalıdır. Əlbəttə ki, onları öyrətmək çətindir, amma bu sahəyə gəlmişiksə, ancaq pul-qazanc xatirinə yanaşmamalıyıq. Onlara sevgi, diqqət verməliyik və nə olur-olsun, uşağa kobud davranış göstərməməliyik”.

V.Əmiraslanovanın sözlərinə görə, seansların çəkilməsi, valideynə göndərilməsi, daimi olaraq psixoloqun əlində telefon olması belə uşağa mənfi təsir göstərə bilər:

“Valideyn seanslarla maraqlanmaq istəyirsə, bir-iki seansı qapıdan izləyə bilər və yaxud da xüsusi bir şəxs kənardan video çəkib göndərmək üçün təyin oluna bilər. Bu, sosial şəbəkələrdə paylaşılarsa belə, uşağın üzü göstərilməməlidir.

Psixologiynın etik kodeksləri var ki, bunu təcrübəli psixoloqlar bilir. Psixoloqun vəzifələrindən biri öz sənətini sevmək, öyrəndiyini öyrətmək və həyatını yaxşılaşdırmaqdır. Lakin uşağa belə travma verilərək onun həyatını alt-üst edilir. Qorxu ilə öyrədilən hər hansı bir material tezliklə də yaddaşdan çıxıb gedir” – deyə psixoloq əlavə edir.

Psixoloqun efirlərdəki davranış tərzindən psixi immunitet bəlli olur

Psixoloq Aytən Ələkbərova sözügedən görüntüləri izləyərkən narahatlıq keçirdiyini bildirir.


Onun sözlərinə görə, psixoloqun yanında iki-üç aylıq müxtəlif psixologiya kursları keçmiş şəxslər sonradan bu sahədə fəaliyyət göstərirlər. A.Ələkbərova hesab edir ki, əsas məsələ insanın öyrənməyə cəhd etməsidir.

Autizmli uşaqlarla işləyən insanların əksəriyyətində aqressiya müşahidə olunur

“Psixoloqun sosial şəbəkələrdə, efirlərdə davranış tərzindən ilk olaraq onun psixi immunitetinin nə dərəcədə mənfi və müsbət göstəriciləri önə çıxır. Efirlərdə reklam xarakterli mərkəzlərin müəyyən reklamları getsə də, problemlərini dnışan insanlara qarşı göstərilən aqressiyadan artıq qarşındakı psixoloqun ruh halını, psixi vəziyyətini görmək mümkündür.

Buna görə də mütləq şəkildə valideynlər, xüsusilə autizmli uşaqların valideynləri, nə olursa-olsun, övladlarını tam nəzarətdə saxlamalı, istər kameradan, istər şüşə arxasından övladlarını düzgün şəkildə müşahidə etməlidirlər”.

A.Ələkbərova qeyd edir ki, valideynlər mütləq psixoloqun psixoterapiyadan keçib-keçmədiyini, sənətini və onun diplomunu, sağlamlığı haqqında arayışı tələb etməlidirlər.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarlı şəhid mayor Sənan Zamanovun qızı tələbə adını qazandı - FOTO

Qusarlı şəhid mayor Sənan Zamanovun qızı tələbə adını qazandı - FOTO

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ÜNVANLAR

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ÜNVANLAR

Ermənistan Xarici İşlər Nazirliyinin adı dəyişdirildi

Ermənistan Xarici İşlər Nazirliyinin adı dəyişdirildi

Bakının bu qəsəbəsində qaz olmayacaq

Bakının bu qəsəbəsində qaz olmayacaq

İdmançıların yeni reytinqi bəlli oldu - Həsrət Cəfərov yenə liderdir

İdmançıların yeni reytinqi bəlli oldu - Həsrət Cəfərov yenə liderdir

Bağçada uşağın qanında psixotrop maddə tapılması iddiası rəsmi nəzarətə götürüldü

Bağçada uşağın qanında psixotrop maddə tapılması iddiası rəsmi nəzarətə götürüldü

İnsanlar yenidən kabel qulaqlıqlara qayıdır: Səbəbi nədir?

İnsanlar yenidən kabel qulaqlıqlara qayıdır: Səbəbi nədir?

Krımda benzinin satışı dayandı

Krımda benzinin satışı dayandı

Aİ-dən Ratko Mladiçin dəfni ilə bağlı Serbiyaya XƏBƏRDARLIQ: “Üzvlük yolu tamamilə bağlanacaq”

Aİ-dən Ratko Mladiçin dəfni ilə bağlı Serbiyaya XƏBƏRDARLIQ: “Üzvlük yolu tamamilə bağlanacaq”

Almaniya Rusiya diplomatlarını ölkədən çıxarır?

Almaniya Rusiya diplomatlarını ölkədən çıxarır?

Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı -Video

Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı -Video

Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə MÜRACİƏT

Səhiyyə Nazirliyindən uşaqları bağçaya gedən valideynlərə MÜRACİƏT

Uşağın güvəni necə qırılır? – Psixoloqlardan şiddət görüntülərinə REAKSİYA

Uşağın güvəni necə qırılır? – Psixoloqlardan şiddət görüntülərinə REAKSİYA

Paşinyan ŞƏT sammitində rus dilində danışmaqdan imtina etdi - VİDEO

Paşinyan ŞƏT sammitində rus dilində danışmaqdan imtina etdi - VİDEO

8 ayda 20 milyard itirdilər

8 ayda 20 milyard itirdilər

Gədəbəydə kişi evində ölü tapıldı

Gədəbəydə kişi evində ölü tapıldı

Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutdu – FOTO

Xocalının Seyidbəyli kəndində 34 ildən sonra ilk toy baş tutdu – FOTO

Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı

Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı

Norveçin yeni kralı parlament qarşısında and içdi

Norveçin yeni kralı parlament qarşısında and içdi

Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTO

Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTO

Pakistanda sürücüsüz avtomobilin təqdimatı uğursuz oldu - Polis furqonuna çırpıldı - VİDEO

Pakistanda sürücüsüz avtomobilin təqdimatı uğursuz oldu - Polis furqonuna çırpıldı - VİDEO

Azərbaycan ilə NATO arasında əməkdaşlıq müzakirə olundu

Azərbaycan ilə NATO arasında əməkdaşlıq müzakirə olundu

Pensiyaçı işləməyə davam edərsə, təqaüdü necə artırılır? – Rəsmi AÇIQLAMA

Pensiyaçı işləməyə davam edərsə, təqaüdü necə artırılır? – Rəsmi AÇIQLAMA

Babək prospektində avtomobil yandı – VİDEO

Babək prospektində avtomobil yandı – VİDEO

End of content

No more pages to load

RADİO