Pakistanın paytaxtı İslamabadda internet vasitəsilə uzaqdan idarə olunan avtomobilin nümayişi zamanı maraqlı və gülməli insident baş verib.
Bizim.Media xəbər verir ki, təqdimat mərasimi zamanı əlaqədə yaranan nasazlıq səbəbindən avtomobil operatora tabe olmayıb və idarəetmədən çıxaraq küçədə park edilmiş polisin xidməti furqonuna çırpılıb.
Pilotsuz nəqliyyat vasitələrinin gələcəyini nümayiş etdirmək istəyən təşkilatçıların bu təcrübəsi gözlənilməz sonluqla yadda qalıb.
Bizim.Media