Leninin dul arvadının müəmmalı ölümü: Krupskayanı Stalin əbədi susdurdu?

27 fevral 1939-cu il, səhər saat 06:15-də proletariatın rəhbəri Vladimir Leninin həyat yoldaşı Nadejda Krupskaya Kreml xəstəxanasında vəfat etdi.

O, 70 yaşında idi və yubileyini bir gün əvvəl qeyd etmişdi.

Krupskayanın yubileyinin səhərisi günü vəfat etməsi olduqca müəmmalı ölüm hesab edilir.

Rəsmi sənədlərdə onun ölüm səbəbi bağırsaqda qan laxtalanması səbəbindən inkişaf edən peritoneal iltihab kimi göstərilib. Lakin Leninin dul arvadının ölümünün səbəbləri tarixçilər arasında hələ də suallar doğurur.

Stalindən gələn tort

24 fevralda qonaqlar Krupskayanı təbrik etmək üçün Moskva yaxınlığındakı Arxangelskoyedə toplaşmışdılar.

Şahid ifadələrinə görə, şirniyyatlar arasında Stalinin şəxsən göndərdiyi tort da var idi.

Bu fakt zəhərlənmə nəzəriyyəsinə əsas verir. Amma  Leninin qardaşı Dmitri Ulyanov daxil olmaqla digər qonaqlar da tortu yemişdilər. Lakin onlardan heç biri xəstəlikdən şikayətlənməmişdi.

Amma necə oldusa ziyafətdən qısa müddət sonra Krupskaya xəstələndi. Şənlikdə iştirak edən yaxın dostu Vera Dridzo xatırlayırdı:

"Vəziyyət ciddiləşdi və o, dərhal xəstəxanaya aparıldı."

Onu ilk müayinə edən həkim Kogan mədəsinin üstünə isti su şüşəsi qoymağı tövsiyə etdi.

Müasir mütəxəssislərin fikrincə, xəstədə peritonit və ya appendisit varsa, bu ölümcül bir səhv idi.

Bəlkə də buna görə onun vəziyyəti sürətlə pisləşdi və cəmi bir gün sonra həyatını itirdi.
 

Amma Krupskayanın ölümündən bir neçə gün əvvəl qəribə hadisə baş vermişdi. Boris Sokolov "Armand və Krupskaya: Liderin Qadınları" kitabında yazır ki,  Vera Dridzo ona Ümumittifaq Kommunist Partiyası (Bolşeviklər) Mərkəzi Komitəsinin və Xalq Komissarları Şurasının “Pravda”da dərc olunmuş təbrik teleqramını oxuyur və qarşıdan gələn partiya qurultayı barədə məlumat verir.


Krupskaya onu dinlədikdən sonra heyrətlə "Ölkədə nə baş verir!" deyə qışqırır. Dridzoya söylədiyi bu sözlər Krupskayanın son sözləri olur.

Daha sonra Nadejda Konstantinovna huşunu itirir və bir də heç vaxt özünə gəlməyir.

Müəmmalı ölüm

Nəzər alaq ki, artıq 1930-cu illərdə Krupskaya bütün siyasi proseslərdən  kənarlaşdırılmışdı. Stalin onu yalnız Leninin xatirəsinə həsr olunan tədbirlərə dəvət etdirirdi. Ona görə də Krupskayanın günü Movzeleydə, ərinin sarkofaqının yanında keçirdi.

Hətta Krupskayanın yazışmalarına da güclü və gizli nəzarət var idi. Bəzi tarixçilərə görə, ölümü ərəfəsində Krupskaya qarşıdan gələn XVIII  Partiya Qurultayı üçün bir çıxış hazırlayırdı. Bəziləri onun çıxışında əsas tənqid hədəfinin Stalin olacağını söyləyirdilər.

Bu ehtimalı aradan qaldırmaq üçün Stalin Krupskayanı “əbədi ezamiyyət”ə göndərdiyi deyilir.

Ona görə də yaşlı və xəstə qadının sonuncu - "Ölkədə nə baş verir" hayqırtısı bütün ömrünü xəyal etdiyi bir dövlətin quruculuğuna həsr edən yaşlı və köhnə bir bolşevikin ümidsiz çırpıntısı kimi qəbul edilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi – FOTO

Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi – FOTO

Fransa bu silaha görə dünya ikincisi oldu

Fransa bu silaha görə dünya ikincisi oldu

Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında – FOTO

Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında – FOTO

SEPAH: "Bunu ABŞ-nin burnunun ucunda həyata keçiririk"

SEPAH: "Bunu ABŞ-nin burnunun ucunda həyata keçiririk"

Leyla Əliyeva oğulları ilə Daşkənddə- Foto

Leyla Əliyeva oğulları ilə Daşkənddə- Foto

Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötdü

Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötdü

Fransada anomal istilər səbəbindən yüzlərlə insan suda boğulub

Fransada anomal istilər səbəbindən yüzlərlə insan suda boğulub

Mirziyoyev: “Xəzərdə Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasında maraqlıyıq"

Mirziyoyev: “Xəzərdə Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasında maraqlıyıq"

İsmayıllıda avtomobillər TOQQUŞDU: 4 nəfər xəstəxanaya yerləşdirildi - FOTO

İsmayıllıda avtomobillər TOQQUŞDU: 4 nəfər xəstəxanaya yerləşdirildi - FOTO

Dünyanın ən yaşlı insanı odur

Dünyanın ən yaşlı insanı odur

Tokayev Qazaxıstan prezident seçkilərinə qatılıb-qatılmayacağından DANIŞDI

Tokayev Qazaxıstan prezident seçkilərinə qatılıb-qatılmayacağından DANIŞDI

Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət kəsb edir”

Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət kəsb edir”

Prezidentlər Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış mərasimində - FOTO

Prezidentlər Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış mərasimində - FOTO

Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universitetinin yeni binası – VİDEO

Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universitetinin yeni binası – VİDEO

Haaland saçlarını kəsdirdi – FOTO/VİDEO

Haaland saçlarını kəsdirdi – FOTO/VİDEO

Sahibkarlara vaxt verildi: Məhsulların etiketlərinə baxanda bilinəcək - VİDEO

Sahibkarlara vaxt verildi: Məhsulların etiketlərinə baxanda bilinəcək - VİDEO

İlham Əliyev Mirziyoyevin Qarabağa investisiyaların cəlb olunmasındakı rolundan DANIŞDI

İlham Əliyev Mirziyoyevin Qarabağa investisiyaların cəlb olunmasındakı rolundan DANIŞDI

Leninin dul arvadının müəmmalı ölümü: Krupskayanı Stalin əbədi susdurdu?

Leninin dul arvadının müəmmalı ölümü: Krupskayanı Stalin əbədi susdurdu?

Məktəblərdə direktor müavini olmaq istəyənlərin nəzərinə: Qeydiyyat tarixləri açıqlandı

Məktəblərdə direktor müavini olmaq istəyənlərin nəzərinə: Qeydiyyat tarixləri açıqlandı

Prezident: “Özbəkistanın avtomobil sənayesində əldə etdiyi təcrübə Azərbaycana da ötürülür”

Prezident: “Özbəkistanın avtomobil sənayesində əldə etdiyi təcrübə Azərbaycana da ötürülür”

Sənədlərin imzalanması mərasiminə son hazırlıqlar – VİDEO

Sənədlərin imzalanması mərasiminə son hazırlıqlar – VİDEO

Ermənistan vətəndaşları bu halda Şimali Kiprə daxil ola biləcəklər

Ermənistan vətəndaşları bu halda Şimali Kiprə daxil ola biləcəklər

İlham Əliyev: “Bu gün biz tamamilə fərqli Özbəkistan görürük”

İlham Əliyev: “Bu gün biz tamamilə fərqli Özbəkistan görürük”

Noyer tarixdə ən çox titul qazanan alman futbolçu oldu

Noyer tarixdə ən çox titul qazanan alman futbolçu oldu

End of content

No more pages to load

RADİO