İsmayıllıda ağır yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Diyallı-Təzəkənd yolunda qeydə alınıb.
Belə ki, qəza zamanı NİVA markalı avtomobillə HYUNDAİ markalı avtomobil toqquşub.Nəticədə avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanları əməkdaşları cəlb olunub.
Hazırda fakt araşdırılır.

Bizim.Media, Aran bürosu