Yaponiyada alış-verişi əyləncəyə çevirən qeyri-adi mağaza fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, mağazaya daxil olan müştərilər adi qaydada məhsul almaq əvəzinə 60 saniyəlik xüsusi oyunda iştirak edirlər.
Qaydalara əsasən, iştirakçı əvvəlcə sabit məbləğ ödəyir və daha sonra bir dəqiqə ərzində mağazadakı mümkün qədər çox şirniyyatı toplamağa çalışır.
Lakin oyunun əsas çətinliyi təhlükəsizlik kameralarıdır. Müştərinin götürdüyü şirniyyat kamera tərəfindən qeydə alınarsa, həmin məhsul ona verilmir. Yalnız kameraların görüntü zonasına düşmədən götürülən şirniyyatları iştirakçı özü ilə apara bilir.
Beləliklə, mağaza adi alış-veriş prosesini bir növ 60 saniyəlik gizlənqaç və “oğurluq” simulyasiyasına çevirib.
Bizim.Media