Gecə saatlarında paytaxtın Xətai rayonu ərazisində - Ağ Şəhərdə zəncirvari yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, qəza zamanı 8 avtomobil toqquşub. Nəticədə, “Porsche”, “Range Rover”, 2 ədəd “BMW” və digər markalı avtomobillərə ciddi zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media