150 ilin ən güclü istisi qapıdadır - Ərzaq da bahalaşacaq

Sakit okeanda güclənən “El Nino” hadisəsinin son 150 ilin ən güclülərindən birinə çevrilə biləcəyi ilə bağlı xəbərdarlıqlar artır. Alimlərin proqnozlarına görə, okeandan atmosferə böyük miqdarda istiliyin ötürülməsi qlobal istiləşmə ilə üst-üstə düşərək, 2027-ci ilin rekord isti il olmasına səbəb ola bilər.

Bizim.Media xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) iyul proqnozuna görə, “El Nino” ilin sonuna qədər güclənə bilər və oktyabr-dekabr dövründə çox güclü “El Nino” baş verməsi ehtimalı 81 faizdir.

NOAA həmçinin hadisənin 2027-ci ilin yazına qədər davam etməsi ehtimalını yüksək qiymətləndirir.

“El Nino” zamanı Sakit okeanın ekvatorial hissəsində okean səthinin temperaturu yüksəlir və bu, atmosfer dövranına təsir göstərərək, dünyanın müxtəlif bölgələrində hava şəraitini dəyişir.

Alimlərin hesablamalarına görə, “El Nino”nun təsiri qlobal istiləşmə ilə birləşərsə, 2027-ci ildə orta qlobal temperatur sənayedən əvvəlki dövrlə müqayisədə təxminən 1,7 dərəcə Selsi yüksək ola bilər. Bu göstərici 1,5 dərəcəlik kritik həddən xeyli yuxarıdır.

Güclü “El Nino” nəticəsində bəzi bölgələrdə quraqlıq və istilik dalğalarının, digərlərində isə güclü yağışlar və daşqınların artması gözlənilir. Amazon hövzəsi də xüsusilə böyük risk altındadır.

“El Nino”nun təsirləri yalnız hava ilə məhdudlaşmır. Quraqlıq, daşqın və ekstremal istilər kənd təsərrüfatında məhsuldarlığı azaldaraq, qlobal ərzaq bazarında ciddi bahalaşmaya səbəb ola bilər.

“Goldman Sachs” analitiklərinin hesablamalarına görə, “Super El Nino” qlobal ərzaq əmtəələrinin qiymətlərini 15,8 faizədək artıra bilər.

Bu təsirlərin 2028-ci ilə qədər davam etməsi mümkündür.

Xüsusilə Hindistanda musson yağışlarının zəifləməsi düyü, buğda və şəkər qamışı istehsalına mənfi təsir göstərə bilər. Bu isə təkcə yerli bazarla məhdudlaşmayaraq, dünya üzrə ərzaq qiymətlərinə təsir göstərə bilər.

Dəniz suyunun temperaturunun yüksəlməsi mərcan riflərinin kütləvi ağarması və dəniz ekosistemlərinin zədələnməsi riskini artırır. “El Nino” həmçinin okeanların atmosferdən karbon qazını udmaq qabiliyyətinə təsir göstərə bilər. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnflyasiya ilə bağlı PROQNOZ – Hansı məhsullar bahalaşacaq?

İnflyasiya ilə bağlı PROQNOZ – Hansı məhsullar bahalaşacaq?

Türkiyədə polis idarəsinə dron hücumu – ANBAAN VİDEO

Türkiyədə polis idarəsinə dron hücumu – ANBAAN VİDEO

ABŞ hərbi təlimləri ixtisar etməklə bağlı Cənubi Koreyaya əvvəlcədən məlumat verməyib

ABŞ hərbi təlimləri ixtisar etməklə bağlı Cənubi Koreyaya əvvəlcədən məlumat verməyib

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bəzi məhsulları icazəsiz yığdığınıza görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? – VİDEO

Bəzi məhsulları icazəsiz yığdığınıza görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? – VİDEO

Şabranda ACINACAQLI DURUM – Şəhər orta əsrlər dövrünü xatırladır – VİDEO

Şabranda ACINACAQLI DURUM – Şəhər orta əsrlər dövrünü xatırladır – VİDEO

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Arıqlamaq istəyənlərin nəzərinə!

Arıqlamaq istəyənlərin nəzərinə!

6 ayda 17 milyon tonluq TRANZİT - Azərbaycan Avrasiyanın logistika qovşağına çevrilir – TƏHLİL

6 ayda 17 milyon tonluq TRANZİT - Azərbaycan Avrasiyanın logistika qovşağına çevrilir – TƏHLİL

Göllərə 33 milyon balıq buraxdılar, peşman oldular

Göllərə 33 milyon balıq buraxdılar, peşman oldular

Çin tibb tarixində daha bir ilkə imza atdı: Cəmi 8 saata...

Çin tibb tarixində daha bir ilkə imza atdı: Cəmi 8 saata...

İranla bütün fəaliyyətləri dayandırdılar

İranla bütün fəaliyyətləri dayandırdılar

150 ilin ən güclü istisi qapıdadır - Ərzaq da bahalaşacaq

150 ilin ən güclü istisi qapıdadır - Ərzaq da bahalaşacaq

19 yaşlı Zeynəbin qətlindən əvvəl müəmmalı səs: ŞAHİD DANIŞDI - VİDEO

19 yaşlı Zeynəbin qətlindən əvvəl müəmmalı səs: ŞAHİD DANIŞDI - VİDEO

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Dəhşətli virus YAYILIR – Yoluxan hər iki nəfərdən biri ölür

Dəhşətli virus YAYILIR – Yoluxan hər iki nəfərdən biri ölür

Sərnişinləri yolda qoyan 156 nömrəli avtobus nə vaxt YENİLƏNƏCƏK? – AYNA-dan AÇIQLAMA

Sərnişinləri yolda qoyan 156 nömrəli avtobus nə vaxt YENİLƏNƏCƏK? – AYNA-dan AÇIQLAMA

Stulunu niyə yerinə çəkirsən? - Səbəbi

Stulunu niyə yerinə çəkirsən? - Səbəbi

Səbinədən hit mahnısı ilə bağlı etiraf: “Elə-belə yazmışdım” – VİDEO

Səbinədən hit mahnısı ilə bağlı etiraf: “Elə-belə yazmışdım” – VİDEO

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

End of content

No more pages to load

RADİO