6 ayda 17 milyon tonluq TRANZİT - Azərbaycan Avrasiyanın logistika qovşağına çevrilir – TƏHLİL

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın nəqliyyat dəhlizləri üzrə yükdaşımalarında Qərb- Şərq istiqaməti üstünlük təşkil edib. Hesabat dövründə bu dəhliz üzrə 9 milyon 207,4 min ton yük daşınıb.

Dövlət Statistika Komitəsinin  məlumatına əsasən, ilin 6 ayında dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin həcmi 7 milyon 587,6 min ton, avtomobil nəqliyyatı ilə 5 milyon 699 min ton, dəniz nəqliyyatı ilə isə 3 milyon 365,2 min ton təşkil edib.
 

Tranzit yüklərin ümumi daşımalar içərisində payı dəmir yolu və avtomobil nəqliyyatında yüksək olub. Belə ki, dəmir yolu ilə daşınan yüklərin 46,6 faizi, avtomobil nəqliyyatı ilə daşınan yüklərin isə 46,5 faizi tranzit yüklərin payına düşüb.


Nəqliyyat dəhlizləri üzrə göstəricilərə əsasən, Qərb-Şərq dəhlizi ilə 9 milyon 207,4 min ton yük daşınıb. Bu həcmdə TRACECA nəqliyyat dəhlizinin payına 4 milyon 595 min ton yük düşüb.

Şimal-Cənub nəqliyyat dəhlizi üzrə daşımaların həcmi 4 milyon 559,3 min ton təşkil edib.

Şimal-Qərb nəqliyyat dəhlizi üzrə 2 milyon 623,3 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi üzrə isə 261,8 min ton yük daşınıb.

Beləliklə, təqdim olunan göstəricilərə əsasən, 2026-cı ilin ilk yarısında Azərbaycanın əsas beynəlxalq nəqliyyat dəhlizləri üzrə ümumilikdə 16 milyon 651,8 min ton yük daşınıb.

Daşınan yüklərin həcmində kəskin artım

Müqayisə üçün deyək ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycanın nəqliyyat dəhlizləri vasitəsilə ümumilikdə 14 milyon 869,9 min ton yük daşınmışdı. O cümlədən, dəmir yolu nəqliyyatı ilə 7120,1 min ton, dəniz nəqliyyatı ilə 3752,2 min ton və avtomobil nəqliyyatı ilə 5307,7 min ton yük daşınmışdı.
 

Qərb-Şərq nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8300,8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 4088,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 4690,5 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 2930,4 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 258,2 min ton təşkil edib.


Göründüyü kimi son bir ildə Azərbaycan üzərindən daşınan yüklərin həcmi 2 milyon tona və yaxud 15 faizə qədər artıb.

Dəhlizlər geosiyasi güc rolunda

Bu da o deməkdir ki, Azərbaycanın həm Qərb- Şərq, həm də Şimal-Cənub istiqamətlərində mühüm tranzit-logistika imkanlarını qoruduğunu göstərir. Xüsusilə Şərq-Qərb dəhlizinin yükdaşımalar üzrə yüksək göstəricisi Azərbaycanın beynəlxalq ticarət marşrutlarında tranzit rolunun əhəmiyyətini ortaya qoyur.

Nəzərə alaq ki, nəqliyyat dəhlizi təkcə iqtisadi əlaqələrin genişlənməsi demək deyil. Bu həm də geosiyasi gücdür.

Təsadüfi deyil ki, əvvəllər neft-qaz ehtiyatları uğrunda mübarizə gedirdisə, hazırda bütün dövlətlər əlverişli və təhlükəsiz nəqliyyat dəhlizlərinə fokuslanıb.
 

Bu mənada Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizləri qlobal iqtisadiyyatın bütün iştirakçıları tərəfindən ciddi şəkildə müzakirə olunur. Çünki hər iki dəhlizin həm təhlükəsizlik, həm də qısa olmasına görə alternativlərindən xeyli öndə dayanır.


Azərbaycanın nəqliyyat dəhlizləri üzrə 2026-cı ilin ilk yarısında 16,65 milyon tona yaxın yükün daşınması ölkənin tranzit potensialının artıq strateji üstünlükdən real iqtisadi nəticəyə çevrildiyini göstərir.

Bu rəqəmlərin ən mühüm tərəfi isə təkcə yükün həcmi deyil, Azərbaycan ərazisinin beynəlxalq ticarət marşrutlarında oynadığı rolun böyüməsidir.

Qərb-Şərq istiqaməti liderdir.

İlk 6 ayda bu dəhliz üzrə 9,2 milyon ton yük daşınıb. Bunun 4,6 milyon tonu Avropa-Qafqaz-Asiya, yəni TRACECA xəttinin payına düşüb. Şimal-Cənub dəhlizi üzrə də 4,56 milyon tonluq göstərici Azərbaycanın yalnız bir istiqamətin deyil, müxtəlif qlobal marşrutların kəsişməsində dayandığını nümayiş etdirir.

Burada Azərbaycanın əsas üstünlüyü coğrafiyanı infrastruktura çevirməsidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları, Bakı-Tbilisi-Qars xətti, avtomobil magistralları və Xəzər üzərindən bərə bağlantıları vahid logistika sisteminin hissələrinə çevrilir.

Rəsmi məlumatlara görə, Orta Dəhliz Çin, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən multimodal marşrutdur və Çin-Avropa xəttində ənənəvi Süveyş marşrutundan daha qısa məsafə və tranzit müddəti təklif edir.

Digər mühüm məqam tranzit yükünün çəkisidir.

İlk 6 ayda dəmir yolu ilə daşınan yüklərin 46,6 faizi, avtomobil nəqliyyatı ilə daşınan yüklərin isə 46,5 faizi tranzit yüklər olub. Bu, Azərbaycanın nəqliyyat sisteminin yalnız daxili iqtisadiyyatın ehtiyaclarını deyil, beynəlxalq ticarətin real yükünü daşıdığını göstərir.
 

Üstəlik, 2026-cı ilin iyununda ADY 1,64 milyon ton yük daşıyıb və tranzit daşımaları 707 min tonu keçib. Qərb-Şərq dəhlizində tranzit daşımalarının illik müqayisədə 67 faiz artması xüsusilə diqqətçəkəndir.


Bunun iqtisadi nəticəsi də böyükdür. Tranzit yükünün artması dəmir yolu, liman, logistika, anbar, gömrük, ekspeditor və xidmət sektorlarında əlavə gəlir və məşğulluq imkanları yaradır. Yəni Azərbaycan sadəcə yükün keçdiyi ərazi deyil, yükdən əlavə dəyər yaradan logistika mərkəzinə çevrilir.

Geosiyasi baxımdan isə məsələ daha əhəmiyyətlidir.

Dünya ticarətində ənənəvi marşrutların təhlükəsizlik və siyasi risklərlə üzləşdiyi bir vaxtda şirkətlər daha təhlükəsiz, alternativ və proqnozlaşdırılan yollar axtarırlar. Bu şəraitdə Azərbaycan öz coğrafi mövqeyini strateji tranzit üstünlüyünə çevirir.

Bu tendensiya gələcəkdə Zəngəzur istiqamətinin regional nəqliyyat sisteminə inteqrasiyası ilə daha da güclənə bilər. Beləliklə, Azərbaycanın qarşısında yalnız tranzit yükünün artırılması deyil, Avrasiyanın əsas logistika qovşaqlarından birinə çevrilmək perspektivi dayanır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

Qasparyandan rus blogerlərə ÇAĞIRIŞ – “Azərbaycanla bağlı danışanda məsuliyyətli olun” – VİDEO

Qasparyandan rus blogerlərə ÇAĞIRIŞ – “Azərbaycanla bağlı danışanda məsuliyyətli olun” – VİDEO

Azərbaycan XİN Əfqanıstanı təbrik etdi – FOTO

Azərbaycan XİN Əfqanıstanı təbrik etdi – FOTO

Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ

Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ

Yaşa görə əmək pensiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Yaşa görə əmək pensiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Trampdan GİZLİ TƏLİMAT – İranla bağlı yeni strategiya üzə çıxdı

Trampdan GİZLİ TƏLİMAT – İranla bağlı yeni strategiya üzə çıxdı

Ali məktəblərə ixtisas seçimi edənlərin DİQQƏTİNƏ!

Ali məktəblərə ixtisas seçimi edənlərin DİQQƏTİNƏ!

Qusarda 4 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

Qusarda 4 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

“By Ella” ləqəbli bloqer həbs edildi

“By Ella” ləqəbli bloqer həbs edildi

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

Boşanmaların ən yüksək olduğu ərazi...

Boşanmaların ən yüksək olduğu ərazi...

İnflyasiya ilə bağlı PROQNOZ – Hansı məhsullar bahalaşacaq?

İnflyasiya ilə bağlı PROQNOZ – Hansı məhsullar bahalaşacaq?

Türkiyədə polis idarəsinə dron hücumu – ANBAAN VİDEO

Türkiyədə polis idarəsinə dron hücumu – ANBAAN VİDEO

ABŞ hərbi təlimləri ixtisar etməklə bağlı Cənubi Koreyaya əvvəlcədən məlumat verməyib

ABŞ hərbi təlimləri ixtisar etməklə bağlı Cənubi Koreyaya əvvəlcədən məlumat verməyib

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bəzi məhsulları icazəsiz yığdığınıza görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? – VİDEO

Bəzi məhsulları icazəsiz yığdığınıza görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? – VİDEO

Şabranda ACINACAQLI DURUM – Şəhər orta əsrlər dövrünü xatırladır – VİDEO

Şabranda ACINACAQLI DURUM – Şəhər orta əsrlər dövrünü xatırladır – VİDEO

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Arıqlamaq istəyənlərin nəzərinə!

Arıqlamaq istəyənlərin nəzərinə!

6 ayda 17 milyon tonluq TRANZİT - Azərbaycan Avrasiyanın logistika qovşağına çevrilir – TƏHLİL

6 ayda 17 milyon tonluq TRANZİT - Azərbaycan Avrasiyanın logistika qovşağına çevrilir – TƏHLİL

Göllərə 33 milyon balıq buraxdılar, peşman oldular

Göllərə 33 milyon balıq buraxdılar, peşman oldular

End of content

No more pages to load

RADİO