ABŞ hərbi təlimləri ixtisar etmək planları barədə əvvəlcədən Koreya Respublikasına (KR) məlumat verməyib.
Bizim.Media xəbər verir ki, bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun parlament dinləmələri zamanı deyib:
"Nə hökumətimiz, nə də ABŞ hökumətinin nümayəndələri Prezident Trampın "Truth Social"da nə dediyini əvvəlcədən bilmirdilər".
Koreya Respublikası Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri dünən Ulçi Azadlıq Qalxanı təlimlərinin 21 avqustda, erkən başa çatacağını açıqlayıb. Manevrlərin 17-27 avqust tarixlərində keçirilməsi planlaşdırılırdı və Cənubi Koreya 18.000 şəxsi heyəti cəlb etməyi planlaşdırırdı.
Avqustun 16-da ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla "çox yaxşı münasibətlərinin" olduğundan danışıb və ABŞ-ın Koreya Respublikası ilə birgə uzunmüddətli hərbi təlimlərdə iştirak etməyə razılıq verməsindən narazılığını bildirib. Amerika lideri "Truth Social"da qeyd edib ki, ABŞ bu təlimlərin xərclərinin əksəriyyətini öz üzərinə götürür və bu, "Donald Trampın prezidentliyi dövründə heç bir təhlükə yaratmayan və hörmət göstərən bir ölkəyə tamamilə uyğunsuz və düşmən siqnalı göndərir".
Avqustun 17-də Cənubi Koreya təlimlərin planlaşdırıldığı kimi davam etdiyini və Cənubi Koreya Müdafiə Nazirliyinin Trampın açıqlaması ilə bağlı heç bir rəsmi şikayət almadığını açıqlayıb. (Musavat.com)
Bizim.Media