İspaniya milli komandasının və "Barselona"nın müdafiəçisi Pau Kubarsi "Golden Boy - 2026" mükafatına iddiaçıların yenilənmiş reytinqində birinciliyi ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu maraqlı məlumat mükafatın "X" sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunub.
Reytinqin ən yaxşı onluğu isə belə formalaşıb:
1. Pau Kubarsi ("Barselona");
2. Lamin Yamal ("Barselona");
3. Yan Diomande ("Real Madrid");
4. Uorren Zair-Emeri (PSJ);
5. Əyyub Buaddi ("Lill");
6. Viktor Froholdt ("Portu");
7. Rayan ("Bornmut");
8. Endrik ("Real Madrid");
9. Eli Krupi ("Bornmut");
10. Estevao Villian ("Çelsi").
Qeyd edək ki, "Golden Boy" mükafatı Avropa liqalarının yüksək divizionlarında çıxış edən 21 yaşa qədər ən yaxşı futbolçuya təqdim edilir. Qaydalara əsasən, bu nüfuzlu mükafatı karyera ərzində yalnız bir dəfə qazanmaq mümkündür. Məhz bu səbəbdən, 2024-cü ildə qalib adını qazanmış Lamin Yamal bu nailiyyəti yenidən təkrarlaya bilməyəcək. (oxu.az)
Bizim.Media