Yerli montorinq qruplarının yaydığı məlumata görə, Rusiya ordusu 5-6 ballistik raketlə Kiyevə hava zərbələri endirib.
Bizim.Media xəbər verir ki, hava zərbələri zamanı əsasən Şimali Koreya istehsalı ballistik raketlərdən istifadə edildiyi qeyd olunub.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Obolon rayonunda dağıntılar qeydə alınıb.
Xilasedicilər hücumun nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.
Kiyev şəhərinin meri Vitali Kliçko sakinləri sığınacaqlarda qalmağa çağırıb.




Bizim.Media