Almaniyada mövsüm başlayandan bəri isti hava səbəbindən təxminən 12,5 min nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyinin nəzdindəki Robert Kox İnstitutu məlumat yayıb.
Ölümlərin təxminən 9,6 mini iyunun sonunda qeydə alınan xüsusilə isti həftəyə təsadüf edib. İsti hava ən çox 75 yaşdan yuxarı insanlara təsir göstərib.
Bizim.Media