İran memorandumun imzalanması zamanı ABŞ-ı üstələyib – "Financial Times"

"Financial Times" (FT) qəzeti yazır ki, İranla nizamlanma memorandumu üzrə aparılan danışıqlarda ABŞ öz nümayəndələrinin təcrübəsizliyi səbəbindən daha əlverişsiz vəziyyətdə olub.

Bizim.Media xəbər verir ki, nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp xarici siyasət sazişlərinin bağlanmasını region üzrə ekspertlərə deyil, öz etibarlı şəxslərinə tapşırmağa üstünlük verir.

Trampın bir çox tənqidçisi hesab edir ki, qəbul edilmiş nizamlanma memorandumu səmərəli olmayıb, çünki Amerika lideri "ekspertləri arxa plana keçirib".

ABŞ-ın İordaniyadakı keçmiş səfiri Yael Lempert qeyd edib:

"Bizi üstələdilər. İranlılar təcrübəli danışıqçılardır, onlar öz sahələrini 100% bilən ekspert komandaları gətirmişdilər. ABŞ bunu etmədi və birtərəfli qaydada özünü daha əlverişsiz vəziyyətə saldı".

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru, İrannın nüvə proqramı üzrə danışıqlarda iştirak etmiş Uilyam Börns isə qəzetə açıqlamasında bildirib:

"Bu halda, öz təcrübəmdən bildiyim kimi, məsələləri dərindən bilən iranlı danışıqçılarla rəqabət aparmaq üçün məhz qeyri-siyasi peşəkarlıq lazımdır".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. Hava zərbələri nəticəsində respublikanın ali lideri Əli Xamenei də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər həlak olub.

İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Daha sonra Bürgenştokda Doha və İslamabadın vasitəçiliyi ilə memorandumun icrası üzrə danışıqlar keçirilib. Qətər və Pakistanın ilk raunddan sonra yaydıqları birgə bəyanatda görüşün müsbət və konstruktiv atmosferdə keçdiyi, həmçinin gələcək texniki məsləhətləşmələr üçün zəmin yaradıldığı qeyd olunub.

Bununla belə, iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək, bu ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib.

İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqai iyulun 13-də bildirib ki, Tehran ABŞ ilə imzalanmış memorandumu heç vaxt pozmayıb və onun icra olunmamasına görə bütün məsuliyyət Vaşinqtonun üzərinə düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi AÇIQLANDI

UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi AÇIQLANDI

Gəlininin məzarını ziyarət edən qayınata faciəvi şəkildə həyatını itirdi

Gəlininin məzarını ziyarət edən qayınata faciəvi şəkildə həyatını itirdi

Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 37 nəfərə çatdı -YENİLƏNİB - VİDEO

Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 37 nəfərə çatdı -YENİLƏNİB - VİDEO

Bakıda 3 gün yağış yağacaq, leysan olacaq – XƏBƏRDARLIQ

Bakıda 3 gün yağış yağacaq, leysan olacaq – XƏBƏRDARLIQ

Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?

Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?

AAYDA vətəndaşlara müraciət etdi

AAYDA vətəndaşlara müraciət etdi

BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı

BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı

“Mən hələ də ona eyni sevgi ilə baxıram“

“Mən hələ də ona eyni sevgi ilə baxıram“

Gədəbəy dağlarında gizlənən iki minillik SİRR – Boyları 2 metr olan skeletlər aşkarlandı – FOTO

Gədəbəy dağlarında gizlənən iki minillik SİRR – Boyları 2 metr olan skeletlər aşkarlandı – FOTO

Məktəbi yarımçıq qoydu, 25 yaşında Avropanın ən gənc self-made milyarderi oldu

Məktəbi yarımçıq qoydu, 25 yaşında Avropanın ən gənc self-made milyarderi oldu

Doktorantlara hərbi xidmətdən möhlət verilir - Şərt

Doktorantlara hərbi xidmətdən möhlət verilir - Şərt

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO

Azərbaycanda nağdsız ödənişlər ARTIB

Azərbaycanda nağdsız ödənişlər ARTIB

Kerem Bürsin əməliyyat olundu

Kerem Bürsin əməliyyat olundu

Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb

Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb

Həmin obraz tanınmış aktyora verildi

Həmin obraz tanınmış aktyora verildi

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

“Mənim dayağım, həyat yoldaşım” - Foto

“Mənim dayağım, həyat yoldaşım” - Foto

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Arılar da sərxoş olurmuş- Xəbərdarlıq edildi

Arılar da sərxoş olurmuş- Xəbərdarlıq edildi

ABŞ diplomatları Yaxın Şərqə qayıdır

ABŞ diplomatları Yaxın Şərqə qayıdır

2026-cı ilin ən çox qazanan filmləri - Siyahı

2026-cı ilin ən çox qazanan filmləri - Siyahı

End of content

No more pages to load

RADİO