2-ci Dünya müharibəsindən sonra İLK DƏFƏ - Yaponiya kəşfiyyat xidmətini bərpa edir

Yaponiya hökuməti İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq mərkəzləşdirilmiş kəşfiyyat xidməti yaradacaq.

Bizim.Media xəbər verir ki, "The New York Times" (NYT) nəşrinin məlumatına görə, Tokio yeni qurumun təşkili, texnologiyalar və kadr hazırlığı ilə bağlı ABŞ, Avstraliya və Almaniya ilə məsləhətləşmələr aparır.

Xüsusi xidmət orqanlarındakı bu islahatlar Çin, Rusiya və Şimali Koreyadan gələn təhdidlər fonunda Yaponiyanın təhlükəsizlik siyasətinə edilən genişmiqyaslı baxışın bir hissəsidir.

Yeni strukturun artıq dekabr ayında fəaliyyətə başlaması nəzərdə tutulur. Qurum birbaşa Baş nazir Sanaye Takaiçiyə tabe olacaq. Xidmətin ilkin ştatı kiber-təhlükəsizlik mütəxəssisləri, proqram mühəndisləri və analitiklər də daxil olmaqla bir neçə yüz əməkdaşdan ibarət olacaq. Budcəsi 400 milyon dollar qiymətləndirilən xidmət polis, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər qurumlarda kəşfiyyatla məşğul olan təxminən 33 min əməkdaşın işini koordinasiya edəcək.

Amerika xüsusi xidmət orqanları Yaponiyaya kibermüdafiə sistemlərinin hazırlanması, sənaye casusluğuna qarşı mübarizə, habelə xarici investisiyaların və xarici kəşfiyyatın fəaliyyətinə nəzarət məsələlərində dəstək verir. Avstraliyanın Yaponiyadakı səfiri Endryu Şirer bunu "çox vacib bir addım" adlandıraraq, Baş nazirin bu islahatı özünün əsas prioriteti kimi müəyyən etdiyini bildirib.
 

Daha əvvəl NYT yazırdı ki, 2022-ci ildə rus kəşfiyyatçıların Avropadan kütləvi şəkildə çıxarılmasından sonra onların bir çoxu Yaponiyaya yerləşib. Məlumata görə, Moskva bu ölkədən silah istehsalı üçün ikili təyinatlı komponentlərin alınması və qərb sanksiyalarından yan keçmək üçün əsas mərkəzlərdən biri kimi istifadə edib. Ukrayna hakimiyyətinin qiymətləndirməsinə görə, Rusiyanın raket və pilotsuz uçuş aparatlarının təxminən 90%-i yapon istehsalı olan komponentlərdən ibarətdir.


Nazirlər Kabinetinin baş katibi Minoru Kihara xarici casusluğa qarşı tədbirlərin gücləndirilməsinin vacibliyini etiraf edib. Lakin bu islahat Yaponiyanın daxilində tənqidlərə də səbəb olub. Müxalifət deputatı Mizuho Fukuşima bildirib ki, son səkkiz onillik ərzində müstəqil kəşfiyyat xidmətinin olmaması Yaponiyanın sülhsevər dövlət olmaq istəyi və İkinci Dünya müharibəsinin dərslərinə əsaslanan şüurlu bir seçim olub.

Onun sözlərinə görə, yeni struktur şəxsi həyatın toxunulmazlığı hüququna müdaxilə edir və total izləmə cəmiyyətinə yol açır.

Vahid kəşfiyyat xidmətinin yaradılması Baş nazir Şinzo Abenin dövründən bəri Yaponiya kəşfiyyat icmasının keçirdiyi ən böyük islahat hesab olunur. Məhz Abe hakimiyyətə gəldikdən sonra ABŞ modeli əsasında Milli Təhlükəsizlik Şurasını yaratmışdı. Onun siyasi varisi hesab olunan Takaiçi bu xətti davam etdirir. O, həmçinin müharibədən sonra hərbi xərclərin ən böyük miqyasda artırılmasına nail olub və silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi AÇIQLANDI

UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi AÇIQLANDI

Gəlininin məzarını ziyarət edən qayınata faciəvi şəkildə həyatını itirdi

Gəlininin məzarını ziyarət edən qayınata faciəvi şəkildə həyatını itirdi

Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 37 nəfərə çatdı -YENİLƏNİB - VİDEO

Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 37 nəfərə çatdı -YENİLƏNİB - VİDEO

Bakıda 3 gün yağış yağacaq, leysan olacaq – XƏBƏRDARLIQ

Bakıda 3 gün yağış yağacaq, leysan olacaq – XƏBƏRDARLIQ

Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?

Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?

AAYDA vətəndaşlara müraciət etdi

AAYDA vətəndaşlara müraciət etdi

BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı

BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı

“Mən hələ də ona eyni sevgi ilə baxıram“

“Mən hələ də ona eyni sevgi ilə baxıram“

Gədəbəy dağlarında gizlənən iki minillik SİRR – Boyları 2 metr olan skeletlər aşkarlandı – FOTO

Gədəbəy dağlarında gizlənən iki minillik SİRR – Boyları 2 metr olan skeletlər aşkarlandı – FOTO

Məktəbi yarımçıq qoydu, 25 yaşında Avropanın ən gənc self-made milyarderi oldu

Məktəbi yarımçıq qoydu, 25 yaşında Avropanın ən gənc self-made milyarderi oldu

Doktorantlara hərbi xidmətdən möhlət verilir - Şərt

Doktorantlara hərbi xidmətdən möhlət verilir - Şərt

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO

Azərbaycanda nağdsız ödənişlər ARTIB

Azərbaycanda nağdsız ödənişlər ARTIB

Kerem Bürsin əməliyyat olundu

Kerem Bürsin əməliyyat olundu

Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb

Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb

Həmin obraz tanınmış aktyora verildi

Həmin obraz tanınmış aktyora verildi

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

“Mənim dayağım, həyat yoldaşım” - Foto

“Mənim dayağım, həyat yoldaşım” - Foto

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Arılar da sərxoş olurmuş- Xəbərdarlıq edildi

Arılar da sərxoş olurmuş- Xəbərdarlıq edildi

ABŞ diplomatları Yaxın Şərqə qayıdır

ABŞ diplomatları Yaxın Şərqə qayıdır

2026-cı ilin ən çox qazanan filmləri - Siyahı

2026-cı ilin ən çox qazanan filmləri - Siyahı

End of content

No more pages to load

RADİO