İsrailin müdafiə naziri İsrael Katz İsrail ordusuna İrana qarşı yeni hücumlara hazırlaşmaq üçün təlimat verdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Katz israilli akademik və siyasi şərhçi Dr. Gadi Taubun aparıcılığı ilə keçirilən "Gatekeeper" podkastında məlumat verib.
İsrail müdafiə naziri İrana qarşı yeni hücuma hazırlıqlar, Livanın cənubunun işğalı və Qəzza zolağına hücumlar barədə fikirlərini bildirib.
Katz bildirib ki, o və Baş nazir Benyamin Netanyahu İsrail ordusuna İrana qarşı hücumlara hazırlaşmaq barədə təlimat veriblər.
Bizim.Media