Moldova polisinin məlumatına görə, ölkənin Kauşeni rayonunun Kopanka kəndinin kənarında (Ukrayna sərhədindən təxminən 30 km aralıda) dronu xatırladan kiçik uçuş aparatı aşkarlanıb.
Bizim.Media xəbər verir ki, aparat yerə çırpılaraq partlayıb və yanğına səbəb olub.
Ölkənin Müdafiə Nazirliyindən qeyd edilib ki, bu, "Shahed" tipli PUA-dır. Bildirilir ki, aparat Rusiyanın Odessa vilayətinə hücumu zamanı Moldova ərazisinə daxil olub.


Bizim.Media