Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə ölkə ərazisinə qarşı irimiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumu qeydə alınıb. Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən ümumilikdə 342 Ukrayna PUA-sı ələ keçirilərək məhv edilib.
Bizim.Media xəbər verir ki, hücum geniş bir coğrafiyanı əhatə edib. Müdafiə Nazirliyinin açıqlamasına əsasən, dronlar aşağıdakı regionların səmasında zərərsizləşdirilib:
Vilayətlər: Volqoqrad, Vladimir, Belqorod, Bryansk, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan və Tula;
Digər ərazilər: Moskva regionu, Krasnodar diyarı, Krım Respublikası və Adıgey Respublikası;
Dəniz akvatoriyaları: Azov və Qara dəniz üzərində də PUA-ların məhv edildiyi bildirilib.
Bizim.Media