Rusiyanın Sumı şəhərinə endirdiyi hava zərbəsi nəticəsində xəsarət alanların sayı artıb.
Bizim.Media xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində yaralananların sayı 43 nəfərə çatıb. Onlardan 5-nin vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, hava zərbəsi nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib. Hazırda hadisə yerində bərpa işləri davam etdirilir.






Bizim.Media