ABŞ-ın tanınmış senatoru Lindsi Qremin vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, NBC News telekanalının məlumatına görə, hadisə iyulun 11-də axşam saatlarında baş verib.
Senatorun Kapitoliy təpəsindəki (Capitol Hill) evinə mümkün ürək dayanması xəbəri ilə təcili tibbi yardım briqadaları cəlb edilib.
Telekanalın yayımladığı fotolarda tibb işçilərinin senatoru xərəkdə evdən çıxararaq təcili yardım maşınına yerləşdirdiyi əks olunub.
Qeyd olunur ki, Lindsi Qrem vəfat etməzdən az əvvəl Kiyevdən qayıtmışdı. O, Ukrayna paytaxtında Prezident Volodimir Zelenski ilə görüş keçirmişdi. Ölüm xəbərinin yayılması Vaşinqton siyasi dairələrində böyük kədərlə qarşılanıb.
Məlumata görə, bu gün senatorun NBC News-un "Meet the Press" proqramının efirində qonaq olması planlaşdırılırdı.
Bizim.Media