Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Avropada müharibə ehtimalı ilə bağlı müzakirələr fonunda süni intellekt sistemləri də öz proqnozlarını açıqlayıb.

Təhlillərə görə, Rusiyanın Avropaya hücum ehtimalını tam istisna etmək mümkün deyil, lakin yaxın illərdə genişmiqyaslı müharibə ehtimalı aşağı qiymətləndirilir.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, ekspertlərin və süni intellekt modellərinin təhlilinə əsasən, hazırda belə bir ssenarinin baş verməsi üçün bir sıra maneələr mövcuddur.

Əsas səbəblərdən biri NATO-nun hərbi baxımdan Rusiyadan daha üstün hesab olunmasıdır.

Bundan əlavə, alyansın bir üzvünə hücum bütün üzvlərin kollektiv cavab verməsinə səbəb olur ki, bu da böyükmiqyaslı müharibə riskini azaldır.

Süni intellekt hesab edir ki, yaxın 3–5 il ərzində Avropada klassik genişmiqyaslı müharibə ehtimalı çox aşağıdır.

Bununla belə, bəzi ekspertlərin fikirlərinə istinad edilərək qeyd olunur ki, Rusiya növbəti 5-7 il ərzində hərbi güc tətbiqinə daha hazır vəziyyətə gələ bilər.
 

Analitik proqnozlara görə, mümkün gərginliklər daha çox lokal xarakter daşıya bilər. Buraya təxribatlar, kiberhücumlar, enerji infrastrukturlarına qarşı hücumlar və hibrid müharibə elementləri daxildir. “Sabah tanklar Parisdə olacaq” kimi ssenarilər isə real hesab edilmir.


Risk zonasına ən yaxın ölkələr kimi Baltikyanı dövlətlər və Polşanın şərq hissəsi göstərilir. Bunun səbəbi onların coğrafi mövqeyi və strateji əhəmiyyətidir.

Finlandiya, Rumıniya və Almaniya isə orta risk zonasında qiymətləndirilir və bu ölkələrdə daha çox kiberhücum və sabotaj ehtimalı qeyd olunur.

Daha uzaq bölgələr, İspaniya, Portuqaliya və İtaliyanın bəzi hissələri isə nisbətən təhlükəsiz hesab edilir, çünki onlar potensial cəbhə xəttindən xeyli uzaqda yerləşir.

Digər süni intellekt sistemi də oxşar mövqe nümayiş etdirərək bildirir ki, 2026-2029-cu illər arasında birbaşa hücum ehtimalı aşağıdır.

Bununla yanaşı, bəzi rəsmi açıqlamalara əsaslanaraq qeyd edilir ki, Rusiya yalnız Ukraynadakı müharibə tam başa çatdıqdan sonra NATO ilə daha geniş qarşıdurmaya hazırlaşa bilər.

Proqnozlara görə, mümkün ssenari baş verərsə, ilk təsirə məruz qala biləcək ölkələr Baltikyanı respublikalar, Polşa və Finlandiya ola bilər.

Almaniya və Skandinaviya ölkələrində isə əsas risk kritik infrastruktur obyektlərinə yönəlmiş hücumlarla bağlıdır.

Süni intellekt ümumilikdə belə nəticəyə gəlir ki, yaxın illərdə Avropada genişmiqyaslı müharibə ehtimalı zəifdir, lakin uzunmüddətli perspektivdə riskləri tam istisna etmək mümkün deyil. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnflyasiya ilə bağlı PROQNOZ – Hansı məhsullar bahalaşacaq?

İnflyasiya ilə bağlı PROQNOZ – Hansı məhsullar bahalaşacaq?

Türkiyədə polis idarəsinə dron hücumu – ANBAAN VİDEO

Türkiyədə polis idarəsinə dron hücumu – ANBAAN VİDEO

ABŞ hərbi təlimləri ixtisar etməklə bağlı Cənubi Koreyaya əvvəlcədən məlumat verməyib

ABŞ hərbi təlimləri ixtisar etməklə bağlı Cənubi Koreyaya əvvəlcədən məlumat verməyib

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bəzi məhsulları icazəsiz yığdığınıza görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? – VİDEO

Bəzi məhsulları icazəsiz yığdığınıza görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? – VİDEO

Şabranda ACINACAQLI DURUM – Şəhər orta əsrlər dövrünü xatırladır – VİDEO

Şabranda ACINACAQLI DURUM – Şəhər orta əsrlər dövrünü xatırladır – VİDEO

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

Arıqlamaq istəyənlərin nəzərinə!

Arıqlamaq istəyənlərin nəzərinə!

6 ayda 17 milyon tonluq TRANZİT - Azərbaycan Avrasiyanın logistika qovşağına çevrilir – TƏHLİL

6 ayda 17 milyon tonluq TRANZİT - Azərbaycan Avrasiyanın logistika qovşağına çevrilir – TƏHLİL

Göllərə 33 milyon balıq buraxdılar, peşman oldular

Göllərə 33 milyon balıq buraxdılar, peşman oldular

Çin tibb tarixində daha bir ilkə imza atdı: Cəmi 8 saata...

Çin tibb tarixində daha bir ilkə imza atdı: Cəmi 8 saata...

İranla bütün fəaliyyətləri dayandırdılar

İranla bütün fəaliyyətləri dayandırdılar

150 ilin ən güclü istisi qapıdadır - Ərzaq da bahalaşacaq

150 ilin ən güclü istisi qapıdadır - Ərzaq da bahalaşacaq

19 yaşlı Zeynəbin qətlindən əvvəl müəmmalı səs: ŞAHİD DANIŞDI - VİDEO

19 yaşlı Zeynəbin qətlindən əvvəl müəmmalı səs: ŞAHİD DANIŞDI - VİDEO

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Dəhşətli virus YAYILIR – Yoluxan hər iki nəfərdən biri ölür

Dəhşətli virus YAYILIR – Yoluxan hər iki nəfərdən biri ölür

Sərnişinləri yolda qoyan 156 nömrəli avtobus nə vaxt YENİLƏNƏCƏK? – AYNA-dan AÇIQLAMA

Sərnişinləri yolda qoyan 156 nömrəli avtobus nə vaxt YENİLƏNƏCƏK? – AYNA-dan AÇIQLAMA

Stulunu niyə yerinə çəkirsən? - Səbəbi

Stulunu niyə yerinə çəkirsən? - Səbəbi

Səbinədən hit mahnısı ilə bağlı etiraf: “Elə-belə yazmışdım” – VİDEO

Səbinədən hit mahnısı ilə bağlı etiraf: “Elə-belə yazmışdım” – VİDEO

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

End of content

No more pages to load

RADİO