İtaliyanın baş naziri Corciya Meloni ABŞ prezidenti Donald Trampın Papa XIV Leo haqqında söylədiyi fikirlərə kəskin reaksiya verib və belə açıqlamaların qəbuledilməz olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə "ANSA" nəşri məlumat yayıb.
"Prezident Trampın Müqəddəs Ata haqqındakı şərhlərini qəbuledilməz hesab edirəm. Papa Katolik Kilsəsinin rəhbəridir və onun sülhə çağırması, istənilən müharibəni pisləməsi düzgündür", - deyə Meloni bildirib.
Qeyd edək ki, Tramp Papanı İrana verdiyi dəstəyə görə tənqid edərək onu "xarici siyasətdə dəhşətli" və cinayətkarlığa qarşı "zəif" adlandırmışdı.
Bizim.Media