Çin İranа hava hücumundan müdafiə sistemləri göndərməyə hazırlaşdığı barədə iddiaları təkzib edib.
Bizim.Media xəbər verir ki, Pekin bu xəbərləri “tamamilə uydurma” adlandırıb və hərbi ixracatda beynəlxalq qaydalara əməl etdiyini bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ kəşfiyyatına istinadən Çinin yaxın həftələrdə İrana hava müdafiə sistemləri göndərə biləcəyi iddia olunmuşdu.
ABŞ Prezidenti Donald Tramp isə belə addımın “ciddi nəticələrə səbəb olacağını” söyləmişdi.
Bizim.Media