“Financial Times” sirləri açdı: İranla atəşkəs ideyasını şəxsən Tramp özü irəli sürüb

Ağ Evin yaydığı informasiyada deyilir ki, rəsmi Tehran guya müvəqqəti atəşkəs üçün Ağ Evə yalvarıb. Ancaq “Financial Times” nəşri danışıqların gedişindən məlumatlı mənbələrə istinadən fərqli mövqeni üzə çıxarıb.

Belə ki, Tramp administrasiyası bir neçə həftə ərzində İslamabada təzyiq göstərərək iranlıları hərbi əməliyyatlarda fasiləyə razı salmağa çalışıb.

Mənbələr bildiriblər ki, bu fasilə çərçivəsində Hörmüz boğazının yenidən açılması nəzərdə tutulub. Pakistanın bu prosesdə əsas rolu qonşu müsəlman ölkəyə atəşkəsin zəruriliyini anlatmaqdan ibarət olub.

Bizim.Media xəbər verir ki, nəşrin yazdığına görə, Pakistanın hərbi lideri Asim Munirin rəhbərlik etdiyi pərdəarxası səylər Trampın “İran şərtləri yerinə yetirməsə, bütün sivilizasiyası məhv ediləcək” ifadəsindən bir neçə saat sonra iki həftəlik atəşkəs elan olunması ilə nəticələnib.

Bildirilir ki, neft qiymətlərinin kəskin bahalaşmasından və İranın gözlənildiyindən daha davamlı müqavimət göstərməsindən narahat olan Tramp ən azı martın 21-dən etibarən atəşkəsə can atıb.

Mənbələrə əsasən, Trampın müəyyən etdiyi son tarix yaxınlaşarkən Asim Munir ABŞ-ın yüksək vəzifəli rəsmiləri, o cümlədən Donald Tramp, vitse-prezident Cey Di Vens və xüsusi elçi Stiv Uitkoffla bir sıra telefon danışıqları aparıb.

ABŞ və Pakistan hesab edib ki, Vaşinqton tərəfindən dəstəklənən təklifi İran qəbul edəcək.

Baş nazir Şahbaz Şərif sosial şəbəkələrdə iki həftəlik atəşkəs təklifini açıqladıqdan sonra Pakistan tərəfinin İranın xarici işlər naziri Abbas Əraqçi ilə, eləcə də Tehran və Ağ Ev arasında informasiya ötürdüyü bildirilir.

Həmçinin İslamabadın sülh sammiti üçün məkan kimi təklif olunduğu, ABŞ-ın hazırladığı 15 bəndlik planın, daha sonra isə İranın 5 və 10 bəndlik əks təkliflərinin tərəflərə çatdırıldığı vurğulanır.

Qeyd olunur ki, tərəflər tələblər üzrə hələ də tam razılığa gəlməsələr də, İran zaman keçdikcə uran ehtiyatlarına müəyyən məhdudiyyətlərin qəbuluna daha meylli olmağa başlayıb.

Bir neçə gün əvvəl Tehran siyasi rəhbərliyinin Hörmüzdə müvəqqəti atəşkəslə prinsipcə razılaşdığı, lakin bunun üçün İslam İnqilabı Keşikçiləri Korpusunun yekun razılığını almaqda çətinlik çəkdiyi də iddia edilir.

Nəşr yazır ki, çərşənbə axşamı İran dronunun Səudiyyə Ərəbistanının Cübeyl neft-kimya mərkəzinə zərbə endirməsi danışıqları pozmaq üçün “son cəhd” kimi qiymətləndirilib.

Ötən il Ər-Riyadla qarşılıqlı müdafiə paktı imzalayan Pakistan bu hücumlara sərt reaksiya verərək Tehrana bunun sülh səylərini məhv edə və İranı təcrid vəziyyətində qoya biləcəyini çatdırıb.

Bununla yanaşı, İsrail ilə İranın dəstəklədiyi Livanın “Hizbullah” qruplaşması arasında döyüşlərin davam etdiyi, İsrail rəsmilərinin Livanın atəşkəs razılaşmasından kənarda qaldığı bildirilib.

İslamabadda isə İslam İnqilabı Keşikçiləri Korpusunun bəzi fraksiyalarının atəşkəs rejimini pozmaq məqsədilə Fars körfəzindəki hədəflərə hücumları davam etdirə biləcəyi ilə bağlı şübhələrin olduğu vurğulanıb.

Məqalədə həmçinin Pakistanın İranın 10 bəndlik təklifinin bəzi hissələri, xüsusilə də Tehranın boğaz üzərində nəzarəti və rüsum toplamaq hüququ ilə bağlı müddəalar barədə ehtiyatlı mövqe sərgilədiyi qeyd edilir.

Bundan əlavə, vəziyyətin həllində Çinin də rol oynaya biləcəyi, Pekinin ötən həftə Pakistanla birlikdə açıqladığı 5 bəndlik planın İran üzərində boğazın açılması üçün əlavə təzyiq yaratdığı iddia olunur.

Bununla belə, Çinin Tehrana son anda razılaşmanı qəbul etdirmək üçün açıq şəkildə təzyiq göstərdiyinə dair sübutun olmadığı deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

End of content

No more pages to load

RADİO