Metyu Brayza: “İrana qarşı quru əməliyyatları başlaya bilər” – EKSKLÜZİV

Məlum olduğu kimi, aprelin 8-də ABŞ və İran atəşkəs mövzusunda razılıq əldə ediblər. Buna baxmayaraq, tərəflərin qarşılıqlı təhdid və ittihamları davam edir.

Doğrudur, aprelin 10-da İslamabadda sülh danışıqlarının başlaması gözlənilir. Lakin irəli sürülən sərt tələblər və etimadsızlıq mühiti danışıqlarda müsbət nəticə əldə edilməsi ehtimalını xeyli azaldır.

Belə olduğu təqdirdə razılaşma necə əldə ediləcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib ki, İranın irəli sürdüyü tələblərə baxanda sülh real görünmür:

"Xüsusilə Hörmüz məsələsinə baxdıqda görünür ki, bu məsələ ABŞ-ın səlahiyyət dairəsindədir və onun necə həll ediləcəyi hələ də qeyri-müəyyəndir. Eyni zamanda ABŞ hərbi bazalarının bağlanması kimi məsələlər də gündəmdədir. Sanksiyaların və embarqoların ləğvi isə daha çox ABŞ prezidentindən deyil, Konqresdən asılıdır. Bütün bunlar ilkin şərtlərdir və bu səbəbdən həmin məsələlər ətrafında müzakirələr davam edəcək".

Diplomat hesab edir ki, hazırda real bir atəşkəsin əldə olunmadığı görünür:

"Həm Livanda, həm də İran ətrafında hücumlar davam edir. Bu vəziyyət davam edərsə və ABŞ-ın irəli sürdüyü şərtlər qəbul olunmazsa, İslamabadda keçirilməsi planlaşdırılan görüşün də ləğv olunma ehtimalı var. Razılaşmanın əldə olunub-olunmayacağı hələ də qeyri-müəyyəndir. Çünki məsələ tam şəkildə çözülməyib".

Bryza bildirib ki, İsrail amilinin olması da, sülhə ümüdləri azaldır:

"İsraillə bağlı problem həll olunmadığı təqdirdə, prosesin yarımçıq qalması ehtimalı yüksəkdir. Əgər belə olarsa, tərəflər prosesi tamamlamaq üçün daha sərt addımlar ata bilər. Hətta qeyd olunan iki həftəlik müddət ərzində quru əməliyyatlarına başlanılması ehtimalı da istisna edilmir. Görünən odur ki, İran daxilində də müəyyən proseslər gedir və bu, qarşı tərəf üçün bir fürsət, bir nəfəs almaq imkanı yaradır".

Digər tərəfdən, ABŞ bildirir ki, guya İran tam təslimiyyətə razı olub və müzakirələr bu istiqamətdə aparılacaq. Lakin bu da kifayət qədər qeyri-müəyyən bir mənzərədir:

"Görünən odur ki, bu proses müəyyən qədər Çinin təzyiqi və təsiri altında inkişaf edir. Hazırda dəqiq nəticə çıxarmaq üçün tezdir. Ortada olduqca həssas, kövrək və keçici bir atəşkəs var. Bu vəziyyət müəyyən mənada Rusiya–Ukrayna müharibəsindəki müvəqqəti atəşkəs mərhələsini xatırladır. Lakin danışıqlarda həm ABŞ-ın, həm də İranın tələbləri maksimalistdir və bu tələblər bir-biri ilə uzlaşmır".

Bryza əlavə edib ki, İranın irəli sürdüyü maddələrə baxdıqda, ABŞ-ın bunları qəbul etməsi faktiki olaraq geri çəkilmə, hətta məğlubiyyət kimi qiymətləndirilə bilər.

"Bu isə çox az ehtimallıdır. Belə olan halda, münaqişənin yenidən şiddətlənməsi və davam etməsi mümkündür. Hazırda sahədə vəziyyət dəyişməyib: İsrail Livanın cənubuna və müəyyən hədəflərə zərbələr endirir, İran isə Küveyt və Birləşmiş Ərəb Əmirliklərini hədəfə alır. Bu fonda belə bir təəssürat yaranır ki, ABŞ guya prosesdən kənara çəkilir və İran, İsrail və ərəb ölkələrini üz-üzə qoyur.

Əgər Hörmüz boğazı ilə bağlı bir razılaşma əldə olunarsa, ABŞ birbaşa xərc çəkmədən, region ölkələrinin resursları və İsrailin yönləndirici rolu ilə prosesi irəli aparmağa çalışa bilər. Lakin bu ssenari də kifayət qədər təhlükəli hesab olunur".

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

“Avropanın regionun lideri olan Azərbaycana ehtiyacı var” - Viktor Yuşenko ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

İran rəsmisi Trampın Hörmüz açıqlamasını məsxərəyə qoydu - FOTO

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? – Həkim AÇIQLADI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

Ölkə ərazisində son sutkada 50 nəfər saxlanıldı

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi - FOTO

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

RONALDO Corcina ilə tanışlığından danışdı

RONALDO Corcina ilə tanışlığından danışdı

Fərhad Ələkbərov müdir təyin olundu

Fərhad Ələkbərov müdir təyin olundu

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Tovuzda qəza: Xəsarət alanlar var

Tovuzda qəza: Xəsarət alanlar var

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

End of content

No more pages to load

RADİO