Macar ordusu “Türk axını”nın bir hissəsini mühafizə edəcək

“Türk axını” qaz kəmərinin Serbiyadan Slovakiyaya qədər uzanan strateji hissəsi Macarıstan ordusu tərəfindən xüsusi mühafizə altına alınacaq.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumat verib.

Nazirin sözlərinə görə, Baş nazir Viktor Orban ölkənin Müdafiə Şurasının iclasında qaz kəmərinin Macarıstan hissəsinin hərbi mühafizəyə götürülməsi barədə dərhal əmr verib:
 

“Əsgərlər Serbiya-Macarıstan sərhədindən Macarıstan-Slovakiya sərhədinə qədər bütün xətt boyu boru kəmərini və strateji nöqtələri qoruyacaqlar. Macarıstan, Serbiya, Türkiyə və Rusiya kəmərin Avropa hissəsini qorumaq üçün qətiyyətli tədbirlər görmək barədə ortaq razılığa gəliblər”.


Qeyd edək ki, strateji infrastrukturun ordu tərəfindən qorunması qərarı kəmər yaxınlığında aşkar edilən partlayıcı maddə ilə bağlıdır. Belə ki, bu gün Serbiya Prezidenti Aleksandr Vuçiç Viktor Orbanla telefon danışığı zamanı qaz infrastrukturunu partlatmaq üçün istifadə edilə bilən güclü partlayıcı qurğu və detonatorların aşkarlandığını açıqlayıb.

Dövlət başçısı bildirib ki, həmin maddələr boru kəmərindən cəmi bir neçə yüz metr aralıda tapılıb.

Xatırladaq ki, bundan əvvəl rəsmi Budapeşt Ukraynanın “Türk axını”na qarşı hər hansı təxribatını Macarıstanın suverenliyinə hücum kimi qiymətləndirəcəyini bəyan edərək Kiyevə qarşı yeni ittihamlar irəli sürmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı

Şəkidə şəhid atası vəfat edib - FOTO

Şəkidə şəhid atası vəfat edib - FOTO

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRTUM ETDİ

Polşa Prezidenti Zelenskini ölkənin ən ali mükafatından MƏHRTUM ETDİ

Naxçıvanda bədbəxt HADİSƏ

Naxçıvanda bədbəxt HADİSƏ

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Zaxarovadan Meloniyə məsləhət: “Özünü ikinci yerə qoy...”

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

Bulvarda batan 18 yaşlı gəncin xilasedilmə anı - VİDEO

"Neftçi" Cordan Rezabala ilə vidalaşdı

"Neftçi" Cordan Rezabala ilə vidalaşdı

Bu bürclərin pul qapıları açılır

Bu bürclərin pul qapıları açılır

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

İstanbulda metro qatarı relsdən çıxdı: İnsanlar tuneldə qaldı - VİDEO

İstanbulda metro qatarı relsdən çıxdı: İnsanlar tuneldə qaldı - VİDEO

İran XİN-dən İsveçrə görüşü barədə AÇIQLAMA

İran XİN-dən İsveçrə görüşü barədə AÇIQLAMA

Dostluqları sınaqdan keçir? – VİDEO

Dostluqları sınaqdan keçir? – VİDEO

İshaq Dar Əraqçi ilə regional məsələləri müzakirə etdi

İshaq Dar Əraqçi ilə regional məsələləri müzakirə etdi

Bakıda taksi sürücüsü “Changan”ın qapısını kobud açan SƏRNİŞİNİ DÖYDÜ

Bakıda taksi sürücüsü “Changan”ın qapısını kobud açan SƏRNİŞİNİ DÖYDÜ

Zelenski Lukaşenkoya bir həftə VAXT VERDİ

Zelenski Lukaşenkoya bir həftə VAXT VERDİ

Dübəndidə sahilə yığılan neft qalıqları təmizləndi - VİDEO

Dübəndidə sahilə yığılan neft qalıqları təmizləndi - VİDEO

Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

Moskva Neft Emalı Zavodu fəaliyyətini dayandırdı

Moskva Neft Emalı Zavodu fəaliyyətini dayandırdı

"AİHM-in qərarı ədalətsiz və qərəzlidir" – Çingiz Əsgərovdan BƏYANAT

"AİHM-in qərarı ədalətsiz və qərəzlidir" – Çingiz Əsgərovdan BƏYANAT

Rüstəm Minnixanov: "Qardaş xalqlarımızın əməkdaşlıq ənənələri sarsılmaz qalacaq"

Rüstəm Minnixanov: "Qardaş xalqlarımızın əməkdaşlıq ənənələri sarsılmaz qalacaq"

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Şəmkirdə tövlədən meyit tapıldı

Şəmkirdə tövlədən meyit tapıldı

End of content

No more pages to load

RADİO