Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putin üçün Belarus müxalifətinin rus iş adamları tərəfindən maliyyələşdirilməsi ilə bağlı sənəd hazırladığını bildirib.
Bizim.Media Belarus mətbuatına istinadən xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, bu iş adamları “Rusiya prezidentinin qəbullarına gedirlər”.
“Kommersant” yazır ki, Aleksandr Lukaşenko müvafiq məlumatları Rusiya prezidentinə ötürməyə hazırdır.
Eyni zamanda, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söhbətin nədən getdiyini bilmədiyini deyib.
“Belarus müxalifəti müəyyən kanallar vasitəsilə ayrı-ayrı rus iş adamları tərəfindən maliyyələşdirilir”. Lukaşenko Vladimir Solovyovla müsahibəsində Belarus müxalifətinin maliyyələşdirilməsinin təfərrüatlarını açıqlayıb.
“Mənə gələn sənədə imza atdım və zərfə qoydum”. Aleksandr Lukaşenko bildirib.
“Mən bunu Putinə göndərəcəm, qoy oxusun”, - deyə o, əlavə edib.
Bizim.Media