Ötən gün İstanbulda 38 yaşlı Özal Toraman özəl xəstəxanada tibb bacısı işləyən həyat yoldaşı, Azərbaycan vətəndaşı Cəmilə Toramanla mübahisə edib.
Bizim.Media "Hürriyyet"ə istinadən xəbər verir ki, ər-arvad Maltəpə ərazisində 7 mərtəbəli evdə yaşayırmış.
Mübahisənin qızğın vaxtında əkiz qızlarını mənzilin otaqlarından birinə saxlayan Özal Toraman həyat yoldaşına atəş açıb. Daha sonra isə həmin silahla özünə atəş açaraq intihar edib.
Hadisə yerinə gələn polis və təcili yardım maşını Cəmilə Toramanı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Özal Toraman isə hadisə yerində keçinib.
Qonşuların dediyinə görə, həyat yoldaşlarının söyüş söydüyünü heç eşitməyiblər. Ər və arvadın hansı səbəbdən mübahisə etdiyi məlum deyil. Onların azyaşlı uşaqları valideyn himayəsindən məhrum edilərək qonşuların himayəsinə verilib.



Bizim.Media