İraqın yeni çağırış Nümayəndələr Şurası (parlament) bazar ertəsi günü keçirilməli olan prezident seçkisini kvorum olmaması səbəbindən təxirə salıb.
Bizim.Media Sky News Arabia telekanalına istinadla xəbər verir ki, Şuranın iclası qeyri-müəyyən vaxta keçirilib.
Qanunvericilər dövlət başçısı postuna onlar tərəfindən təqdim olunan namizədlərə səs verməli idi.
Lakin aparıcı bloklar hələ ötən həftə bildirmişdilər ki, iclası boykot edəcəklər. Nəticədə deputatlar lazım gələn üçdə-iki səsi toplaya bilməyiblər. Telekanalın məlumatına görə, iclasda 329 parlamentaridən yalnız 58-i iştirak edib.
Bizim.Media