NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib və həmçinin “siyasi həll axtarışında fəal dəstəyi və şəxsi iştirakına görə” ona təşəkkür edib.
Bizim.Media xəbər verir ki, bu haqda Stoltenberq "Twitter"də yazıb.
"Mən Türkiyə prezidenti ilə Rusiyanın Ukrayna ətrafında güc toplaması barədə danışdım. Ona fəal dəstəyə və siyasi həllin axtarışında şəxsi iştirakına görə təşəkkür etdim, həmçinin Türkiyənin Ukraynaya qətiyyətli praktiki dəstəyini alqışladım", - deyə o, qeyd edib.
Bizim.Media
