Pablo Pikassonun məhşur anti-war əsəri “Guernica”nın təsvir edildiyi xalça-qobelen Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının girişindən yenidən asıldı.
Bizim.Media xəbər verir ki, bu barədə Nelson Rokkefeller Jr açıqlama verib.
O bildirib ki, ailə 1984-cü ildə BMT TŞ-na bağışladığı xalçanı 2021-ci il fevral ayında bir dəfə geri almasına baxmayaraq, bu günlərdə yenidən BMT-yə qaytarıb.
Əsər İspaniya Vətəndaş müharibəsi zamanı, nasist Almaniyasına məxsus 28 hava qüvvəsinin 1937-ci il, 26 apreldə Guernica ərazisinin bombardıman edilməsinə həsr olunub.
Mia Quliyeva, Bizim.Media